Rusiya Zaporojyedəki “Pravoberejnaya” elektrik stansiyasını vurdu

Rusiya Zaporojyedəki “Pravoberejnaya” elektrik stansiyasını vurdu

Rusiya Silahlı Qüvvələri Zaporojyedəki “Pravoberejnaya” elektrik stansiyasını vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin iddiasına görə, stansiya Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrini elektrik enerjisi ilə təmin edib.

Bundan əlavə, Odessa vilayətinin Kiliya limanında liman infrastrukturunun obyektləri də zərbələrə məruz qalıb.

Mənbə: bizim.media