Peyk görüntüləri hər şeyi aşkar etdi: İsrail İranın S300 sistemlərini məhv edib - FOTO

Peyk görüntüləri hər şeyi aşkar etdi: İsrail İranın S300 sistemlərini məhv edib -

İsrailin İranın İsfahan şəhərinə hücumunun peyk görüntüləri Tehranın S300 hava hücumundan müdafiə sistemlərinin ciddi zədələndiyini üzə çıxarıb.

İsrailin İranın nüvə proqramının beşiyi olan İsfahana hücum etməsi xəbərindən sonra dəymiş ziyanın hədəfi və ölçüsü ilə bağlı fərziyyələr səslənir. Tehran isə hücumun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini iddia edir.

Ölkənin müxalif media qurumlarından biri olan “İran İnternational” və Britaniyanın BBC telekanalı tərəfindən təhlil edilən peyk məlumatlarına əsasən, hava bazasına dəyən ziyan aşkar edilib.

Aprelin 15-də “Umbra Space” peyk təsviri şirkəti tərəfindən çəkilmiş görüntüdə Rusiya istehsalı olan dörd S-300 zenit-raket kompleksi və Şikari aviabazasının şimal-qərb küncündə yerləşən hava hücumundan müdafiə sisteminə aid digər maşınlar əks olunub. Cümə günü hücumdan sonrakı fotolarda mobil radar stansiyasının zədələndiyi görünür.

Aysel Şahmar

Mənbə: publika.az