ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, dəniz piyadalarını daşıyan üç böyük desant gəmisindən ibarət amfibiya qrupu Yaxın Şərqə doğru hərəkət edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında bildirilib.
Məlumata görə, Ərəbistan dənizinə yollanan gəmi qrupu hazırda Sinqapurda dayanıb.
Qrupun tərkibinə “USS Makin Island” universal desant gəmisi, həmçinin “USS John P. Murtha” və “USS Anchorage” desant-helikopter gəmiləri daxildir.
Gəmilərdə 2,5 min hərbçidən ibarət 13-cü Dəniz Piyadaları Ekspedisiya Bölüyü yerləşdirilib. Qrupun sərəncamında, həmçinin “F-35B” şaquli qalxma və enmə qabiliyyətli qırıcılar, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri, eləcə də desant katerləri var.
Mənbə: publika.az