İbrahimoviç qayıdır

İbrahimoviç qayıdır

Zlatan İbrahimoviç futbola qayıdır.

Publika.az xəbər verir ki, İbrahimoviç “Milan”la anlaşmaq üzrədir. “Rossonierlər” sabiq futbolçusuna klubda vəzifə verir. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar aparılıb. “Qırmızı-qaralar” isveçli əfsanənin təcrübəsindən və nüfuzundan faydalanmaq istəyir. Paolo Maldininin gedişindən sonra İbrahimoviç “Milan”da menecer vəzifəsini icra edə bilər.

Qeyd edək ki, 41 yaşlı Zlatan karyerasını ötən mövsümün sonunda “Milan”da bitirib.

Heybət

 

Mənbə: publika.az