“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.
Fransanın “Anje” klubunun yetirməsi olan oyunçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.
Mənbə: publika.az