"Qalatasaray"ın yeni qolkiperi bəlli oldu

"Qalatasaray"ın yeni qolkiperi bəlli oldu

Fernando Muslera ilə yollarını ayıran "Qalatasaray" heyətini Lukas Perri ilə gücləndirir.

"Lion"un şərəfini qoruyan braziliyalı qolkiper "Qalatasaray"ın bütün şərtlərini qəbul edib.

"Lion" klubu isə təcrübəli qapıçı üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, Lukas Perri bu mövsüm "Lion" forması ilə ümumilikdə 45 oyunda meydana çıxıb, bunlardan 13-də qapısını toxunulmaz saxlamağı bacarsa da, ümumilikdə qapısından 60 qol buraxıb.

Mənbə: axar.az