“Seltik”in baş məşqçisi Kamilo Duranın transferini təsdiqlədi

“Seltik”in baş məşqçisi Kamilo Duranın transferini təsdiqlədi

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transfer etdiklərini təsdiqləyib.

Təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına danışıb:
“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir”.

“Qarabağ” Kamilo Duranı “Seltik”ə 5,5 milyon funt sterlinqə (12 milyon manat) satıb.

Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Mənbə: qafqazinfo.az