Raşford "Mançester Yunayted"ə qayıdır

Raşford "Mançester Yunayted"ə qayıdır

İcarə əsasında "Barcelona"da çıxış edən Markus Reşford yeni mövsümə "Mançester Yunayted"in heyətində başlayacaq.

"The Guardian"a istinadən xəbər verilir ki, İngiltərə millisinin hücumçusu icarə müqaviləsinin başa çatmasından sonra müqavilə ilə məxsus olduğu klubuna qayıdacaq.

Kataloniya təmsilçisi futbolçunun transfer hüququnu almaq imkanına malik olsa da, bundan istifadə etməyib.

Qeyd edək ki, Reşford ötən mövsüm "Barselona"da 32 oyuna 8 qol vurub, 9 qol ötürməsi edib.


Mənbə: unikal.az