Mbappedən dünya çempionatında yeni rekord

Mbappedən dünya çempionatında yeni rekord

Fransa millisinin lideri Kilian Mbappe DÇ-2026-da növbəti rekordu ilə diqqət mərkəzinə düşüb.

1/4 final mərhələsində Mərakeşə qarşı keçirilən görüşdə hesabı açan ulduz hücumçu dünya çempionatlarında səkkizinci dəfə komandasına qələbə qazandıran qolu vuraraq bu göstəricidə yeni rekord müəyyənləşdirib.
Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada fərqlənən Kilian Mbappe turnirdəki məhsuldarlığını da artırıb. Belə ki, 27 yaşlı futbolçu DÇ-2026 çərçivəsində keçirdiyi altı oyunda səkkiz dəfə rəqib qapılarına yol tapıb.
Mbappenin parlaq çıxışı həm Fransa millisinin yarımfinala yüksəlməsində mühüm rol oynayıb, həm də onu dünya çempionatının ən məhsuldar futbolçularından birinə çevirib

Mənbə: aktual.az