Bu federasiya da ruslara qarşı bütün qadağaları ləğv etdi

Bu federasiya da ruslara qarşı bütün qadağaları ləğv etdi

Ukraynaya tammiqyaslı işğalın başlamasından sonra 2022-ci ilin fevral ayında Rusiya və Belarus həndboluna tətbiq edilən bütün sanksiyalar ləğv edilib.

Bu barədə Beynəlxalq Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin ötən həftə Rusiya Olimpiya Komitəsini müvəqqəti olaraq bərpa etməsindən sonra verilib. Bu o deməkdir ki, Rusiya və Belarus heç bir məhdudiyyət olmadan və milli rəmzləri olan himnlər və bayraqlarla beynəlxalq həndbol yarışlarında iştirak edə biləcəklər.

Həndbol, BOK-un 7 iyul 2026-cı il tarixli qərarından sonra Rusiya və Belarusa qarşı sanksiyaların ləğv edildiyi ikinci komanda idman növü oldu. Ötən həftə Beynəlxalq Voleybol Federasiyası da oxşar qərar qəbul edib.

Müəllif: Tural

Mənbə: publika.az