ABŞ prezidenti Donald Tramp ölkədə daha bir Dünya Kubokuna ev sahibliyi etmək istədiklərini bildirib.
2026-cı il Dünya Kuboku 19 iyulda İspaniya və Argentina arasında keçiriləcək final oyunu ilə başa çatacaq. Turnir ABŞ, Meksika və Kanadada keçirilib.
Növbəti turnir 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə olacaq. Açılış matçına Uruqvay, Argentina və Paraqvay ev sahibliyi edəcək. 2034-cü ildə isə turnirə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.
Tramp və FİFA prezidenti Canni İnfantino Nyu-Yorkda birgə mətbuat konfransı keçiriblər.
“Biz yenidən ABŞ-ı seçməliyik. Amma Meksika və Kanada olmadan. Başqa bir fikir də var. Canni dedi ki, Çin və ABŞ növbəti dəfə turnirə ev sahibliyi edə bilər. Oyunlar arasında gözəl, qısa uçuşları olacaq. Oyunçular bunu çox sevərdilər”, – Tramp deyib.
Mənbə: publika.az