Bakıda həvəskarlar arasında nərd turniri keçiriləcək

Bakıda həvəskarlar arasında nərd turniri keçiriləcək

Bakıda həvəskar kişilər və qadınlar arasında nərd turniri keçiriləcək.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə təşkil olunacaq.

Turnir 24 iyul 2026-cı il saat 11:00-da İçərişəhərdə, “Qız qalası” abidəsinin ətrafındakı açıq məkanda keçiriləcək.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

Mənbə: az.trend.az