FIFA prezidenti Canni İnfantino futbol tarixində bir ilkə imza ataraq dünya çempionatının qalibi olacaq komandanın hər bir oyunçusuna xüsusi qızıl üzük veriləcəyini elan edib.
Bu barədə məlumatı livanəsilli sahibkar, podkast aparıcısı Mario Navfal özünün “X” hesabında paylaşıb:
“İlk dəfə olaraq bu qızıl üzük qalib komandanın hər bir oyunçusuna təqdim ediləcək”.
Dünya Çempionatı tarixində ilk dəfə tətbiq olunacaq bu çempionluq üzüyü ənənəsi, ABŞ-nin idman mədəniyyətinə (NBA və NFL-dəki çempionluq üzüklərinə) bir işarə kimi qiymətləndirilib.
Qeyd edək ki, bu tarixi mükafat bu gecə keçiriləcək İspaniya - Argentina finalının qalibinə nəsib olacaq.
Mənbə: qafqazinfo.az