ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək final matçı ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə “Fox Sports” telekanalı yayıb.
Messinin oyununu xüsusi vurğulayan Tramp Argentinanın çempionluq şansını daha yüksək qiymətləndirib:
“Finala proqnozum? Messiyə qarşı mərc etmək çox çətindir. O, möhtəşəm oyunçudur. Onun yarımfinalda həlledici ötürməsini gördüm... Sadəcə mükəmməl idi”.
Qeyd edək ki, İspaniya - Argentina qarşılaşması bu gün ABŞ-nin İst-Raterford şəhərindəki “Metlayf” stadionunda baş tutacaq. Cari dünya çempionu titulunu daşıyan Argentina kubokunu qorumağa çalışacaq.
Mənbə: bizim.media