"Neftçi" Freddi Varqası transfer edib.
Klubdan verilən məlumata görə, anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu "2+1" il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
Mənbə: unikal.az