İdman geyimləri istehsalçısı "Adidas" Argentina millisinin kapitanı Lionel Messiyə həsr olunmuş xüsusi videoçarx yayımlayıb.
"Gracias, Leo" ("Təşəkkürlər, Leo") adlı videoda Messinin 2006-cı ildən 2026-cı ilə qədər qatıldığı dünya çempionatlarında geyindiyi altı fərqli buts modeli nümayiş etdirilib.
Videonun sonunda isə "Gracias, Leo"sözləri yazılıb.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Müəllif:Nərmin Mahmudova
Mənbə: news.milli.az