“Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu

“Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu

Xəbər verdiyimiz kimi, “Neftçi” UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” Minsk klubuna 2:4 hesabı ilə uduzub.

Maçda “Neftçi”nin qapısından 2 top keçirən erməni futbolçu Karen Vardanyan Bakıda jurnalistlərə açıqlama verib.

-Düşünürəm ki, komandamız xarakter göstərdi və bu, oyunun taleyini həll etdi. 0:2 geridə olanda sınmadıq.

-Oyunun belə başlanacağını gözləyirdiniz?

-Əlbəttə ki, yox. Düşünürəm, oyuna tam daxil ola bilmədik. Amma şükür ki, vəziyyəti dəyşdik və yaxşı da alındı.

-Növbəti oyunu neytral Bolqarıstanda keçirəcəksiniz. Orada oynamaq sizə tanışdır?

-Bəli, orada ikinci oyunumuz olacaq. Amma heç kim oyundan əvvəl matçın necə keçəcəyini deyə bilməz. Çalışacağıq, mübarizə aparacağıq və ümid edirəm növbəti mərhələyə adlayacağıq.

-Rəqibi zəif görmək kimi ehtimal varmı?

-Xeyr, əsla. Bu, yaxşı futbolçuları olan güclü komandadır. Heç bir halda arxayınlıq olmayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.

-Bu oyun karyeranızda yaddaqalan olacaq?

-Bəli, əlbəttə.

-Bu gün Bakıda qol vurmaq sizin üçün prinsipial idi?

-Xeyr, Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur. Mənim üçün bu, sadəcə çox vacib Konfrans Liqası oyunu idi. Rəqibin “Sabah” və ya başqa komanda olmasının fərqi yox idi.

-Fasilədə nə dəyişdi ki, komanda hücumda daha fəal oldu?

-Bunu baş məşqçidən soruşmaq lazımdır. O daha yaxşı izah edər.

-Növbəti oyunda da qol vuracağınıza inanırsınız?

-Əmin ola bilmərəm, amma əlimdən gələni edəcəyəm.

Mənbə: qafqazinfo.az