İspaniyanın “Barselona” komandası heyətinə yeni futbolçu cəlb edib.
Klubun rəsmi saytına istinadən xəbər verilir ki, Kataloniya təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) kollektivindən Kərim Adeyeminin keçidini rəsmiləşdirib.
24 yaşlı oyunçu ilə 2031-ci ilədək müqavilə imzalanıb.
Transfer haqqı bonuslarla birgə 29 milyon avro təşkil edir.
Mənbə: unikal.az