Rusiyalı qapıçı matç zamanı öldü

Rusiyalı qapıçı matç zamanı öldü

Rusiyanın “Soyuz İnjenerov” futbol komandasının qapıçısı Aleksey Mayorov Vladimir şəhərində keçirilən oyun zamanı vəfat edib.

Bu barədə Vladimir Şəhər Futbol, ​​Çimərlik Futbolu, Mini-futbol və Futzal Federasiyası məlumat yayıb.

Məlumata görə, 46 yaşlı idmançının oyun zamanı qəfil halı pisləşib. Meydançaya tibb işçiləri çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: qafqazinfo.az