Kamilo Duran "Milan"a qol vurdu - VİDEO

Kamilo Duran "Milan"a qol vurdu -

Ötən ay “Qarabağ”dan Şotlandiya təmsilçisi “Seltik”ə transfer olunan Kamilo Duran yeni komandasında növbəti qolunu vurub.

Kolumbiyalı hücumçu hazırda İtaliya təmsilçisi “Milan”a qarşı keçirilən yoldaşlıq görüşündə fərqlənib.

24 yaşlı futbolçu “Seltik Park” stadionunda baş tutan qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açıb. O, həmçinin 27-ci dəqiqədə Ceyms Forestin vurduğu qolda məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Duran “Seltik” forması ilə ardıcıl üçüncü oyunda da fərqlənməyi bacarıb. O, bundan əvvəl “Sportinq” və “Midlsbro” ilə keçirilən yoldaşlıq matçlarında da rəqib qapısına yol tapmışdı.

Qeyd edək ki, Kamilo Duran ötən ay “Qarabağ”dan ayrılaraq “Seltik”lə 5 illik müqavilə imzalayıb. Şotlandiya klubu transfer üçün Azərbaycan təmsilçisinə 5,5 milyon funt sterlinq (təxminən 12 milyon manat) ödəyib. Bu transfer Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı hesab olunur.

Mənbə: publika.az