DÇ-2026-nın finalını idarə edən hakim karyerasını bitirdi

DÇ-2026-nın finalını idarə edən hakim karyerasını bitirdi

DÇ-2026-nın finalını idarə edən sloveniyalı hakimi Slavko Vinçiç karyerasını bitirib.

Bu barədə Sloveniya Futbol Assosiasiyası məlumat verib.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) onu Dünya Kubokunun ən yaxşı hakimi kimi tanıyıb. İtaliyada isə o, Dünya və Avropa çempionatlarının final mərhələlərində ən yaxşı hakimə verilən nüfuzlu Culio Kampanati Mükafatını alıb.

46 yaşlı hakim 2026-cı il Dünya Kubokunda dörd oyun idarə edib və hamısında əsas hakim olub.

Mənbə: publika.az