“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verdi

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verdi

İngiltərənin "Mançester Yunayted" klubu Türkiyə millisinin qapıçısı Altay Bayındırın İspaniyanın "Selta" komandasına icarəyə verildiyini açıqlayıb.

28 yaşlı qolkiper 2026–2027-ci illər mövsümünün sonunadək La Liqa təmsilçisinin formasını geyinəcək.

Altay Bayındır 2023-cü ildən "Mançester Yunayted"də çıxış edir. O, İngiltərə klubunun heyətində 17 oyunda meydana çıxıb, 31 top buraxıb və 3 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


Mənbə: unikal.az