Çexiya beynəlxalq yarışlarda iştirak etmək üçün rusiyalı idmançıların ölkə ərazisinə girişinə icazə verməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lubomir Metnar bildirib.
Qərar 2027-ci ilin yanvarında Ostrava şəhərində keçiriləcək 18 yaşadək qızlar arasında xokkey üzrə dünya çempionatı ilə əlaqədar qəbul edilib.
Nazir qeyd edib ki, rusiyalı idmançılara viza verilməməsi qadağası artıq qüvvədədir.
Bundan əlavə, digər Şengen ölkələrinin vizasına malik idmançıların da Çexiyaya girişinə icazə verilməyəcək.
Qeyd edək ki, noyabrın 16-dan Norveç və Finlandiya da rusiyalı idmançıların, o cümlədən neytral statusda çıxış edənlərin ölkəyə girişini qadağan edib.
İsveç də analoji məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.
Mənbə: bizim.media