Rusiya milli komandası 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak edəcək komandaların siyahısına daxil edilməyib.
bu barədə UEFA Rusiya milli komandası ilə bağlı vəziyyətlə bağlı suala cavab olaraq bildirb.
UEFA-nın mətbuat xidməti təşkilatın icra komitəsinin 2022-ci ilin fevral ayının sonlarında qəbul etdiyi qərara istinad edib. Məhz o zaman Rusiya Futbol İttifaqına (RFU) qarşı sanksiyalar tətbiq edilib.
UEFA Ukraynadakı vəziyyət həll edildikdən sonra Rusiya komandalarının rəsmi turnirlərə qayıdacağını açıqlayıb.
“Sport24” ün sitat gətirdiyi UEFA-nın cavabında deyilir: “Hər iki təşkilatın (UEFA və FİFA) prezidentləri ümid edirlər ki, Ukraynadakı vəziyyət ən qısa müddətdə xeyli yaxşılaşacaq və futbol yenidən insanlar arasında birlik və sülh alətinə çevriləcək”.
Avropa çempionatının seçmə mərhələsinin püşkatması dekabrın 6-da keçiriləcək.
Mənbə: publika.az