O, bir gün “Qızıl top”u qazanacaq - Ferdinand

O, bir gün “Qızıl top”u qazanacaq -

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemin gələcək perspektivlərini yüksək qiymətləndirib.

Keçmiş futbolçunun sözlərinə görə, 23 yaşlı ingilis gələcəkdə mütləq “Qızıl top” mükafatının sahibi olacaq.

Ferdinand öz podkastında “Cud? Mən onu bəyənirəm. Hətta deyərdim ki, bir gün “Qızıl top”u qazanacaq” deyib.

2026-cı il Dünya Kubokunda Bellinqem səkkiz oyunda yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

Mənbə: publika.az