Serxi Roberto ABŞ klubuna keçdi

Serxi Roberto ABŞ klubuna keçdi

“Los-Anceles Qalaksi” klubun rəsmi saytında keçmiş “Barselona” yarımmüdafiəçisi və kapitanı Serxi Robertonun azad agent kimi komandaya keçdiyini açıqlayıb.

Futbolçunun Kaliforniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Sazişdə müqavilənin müddətinin 2029-cu ilin yayına qədər uzadılması ilə bağlı seçim də yer alır.

Serxi Roberto “Barselona”nın yetirməsidir. O, 2006-2024-cü illərdə klubun sistemində çıxış edib. Futbolçu Kataloniya klubunun əsas komandasında bütün turnirlərdə ümumilikdə 373 matç keçirib, 19 qol vurub və 43 məhsuldar ötürmə edib.

Bundan əlavə, müdafiəçi “Komo” klubunda da çıxış edib.

Mənbə: publika.az