“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah Danimarkanın “Orhus” klubuna qarşı keçirəcəkləri oyundan danışıb.
Mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib:
“Rəqib komanda Bakıya xoş gəlib. İnanıram ki, sabah həyəcanlı oyuna şahidlik edəcəyik. Lakin biz ev sahibi komandayıq. Azarkeşlərimizin dəstəyini hiss edəcəyimizə inanıram. 1 qolluq fərqi aradan qaldıracağıq. Görüşün sonunda nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik”.
Mənbə: qafqazinfo.az