“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer etdi

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer etdi

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

Klubdan verilən məlumata görə, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.

Qeyd edək ki, Edson Eduardo bu mövsüm “Vestri”nin heyətində UEFA Avropa Liqasının I təsnifat mərhələsinin hər iki matçında “Qarabağ”a qarşı oynayıb.

Mənbə: publika.az