34 yaşlı hazırkı UFC çempionu İslam Mahaçev UFC 330-da keçiriləcək irlandiyalı Yan Qarri ilə döyüşdən sonra karyerasını bitirəcəyi ilə bağlı şayiələrə cavab verib.
TMZ Mahaçevin sözlərini sitat gətirib:
“Xeyr, xeyr, xeyr, sənə demişdim ki, UFC çempionu olmaq istəyirəm, gəlin döyüşməyə və titulu qorumağa davam edək. Bu, rəqəmlərlə bağlı deyil, yaşla bağlı deyil. Bu, sağlamlıqla, özümü necə hiss etməyimlə bağlıdır.
34 yaşıda hər kəs özünü eyni hiss etmir. Özümü əla hiss edirəm. Zədə yoxdur. Hələ də idmandan zövq alıram, bilirsiniz. Ona görə də yenidən döyüşəcəyik. Məni daha çox görəcəksən”.
Mənbə: publika.az