"Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq - FOTO

"Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq - FOTO
UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah"la üz-üzə gələcək Norveçin "Vikinq" klubu heyətində dəyişiklik edib.
Klubun mətbuat xidmətinə istinadən xəbər verilir ki, "Vikinq"in futbolçusu Ola Visted başqa kluba icarəyə göndərilib.

Əldə olunan razılaşmaya əsasən, 21 yaşlı gənc yarımmüdafiəçi cari mövsümün sonunadək Norveçin digər komandası olan KFUM-un formasını geyinəcək. Onun müqavilə müddəti 2029-cu ilin sonunadək qüvvədə qalacaq.

Xatırladaq ki, futbol azarkeşlərinin maraqla gözlədiyi "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-də baş tutacaq.

Sabahın Çempionlar Liqasındakı rəqibində ayrılıq - FOTO

Mənbə: oxu.az