“Araz-Naxçıvan” “Turan Tovuz”a, "Zirə" "Qarabağ"a qarşı

“Araz-Naxçıvan” “Turan Tovuz”a, "Zirə" "Qarabağ"a qarşı

Azərbaycan Premyer Liqasında V tur davam edir.

Bu gün daha 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Bu qarşılaşma saat 16:30-da start götürəcək.

Günün digər matçında isə “Qarabağ” Zirə səfərinə yollanacaq. Ağdam təmsilçisi saat 19:00-da “Zirə”nin qonağı olacaq.

Mənbə: publika.az