“Mən və o, ən yaxşı futbolçularıq” - Yamal

“Mən və o, ən yaxşı futbolçularıq” - Yamal

“Barselona”nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, “Qızıl top”un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb:

“Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanın ən yaxşı futbolçularıyıq. Oyunları izləyən hər kəs bunu bilir”.

Qeyd edək ki, futbolda ən nüfuzlu fərdi mükafat hesab olunan “Qızıl top” oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə təqdim olunacaq. Yamal və Mbappe ilə yanaşı, Harri Keyn və Usman Dembele kimi futbolçular da mükafat uğrunda mübarizə aparırlar.

Mənbə: qafqazinfo.az