Arda Turandan təəccüblü açıqlama: Rəqabət yoxdur

Arda Turandan təəccüblü açıqlama: Rəqabət yoxdur

“Şaxtyor”un baş məşqçisi Arda Turan komandasının mərkəz müdafiəçisi Alaa Qramın zədələnməsi səbəbindən rəqabət çatışmazlığı ilə üzləşdiklərini bildirib.

Alaa Qram UPL-in 6-cı tur matçında (2:0 hesablı qələbə) zədələnib.

“Mədənçilər”in saytında Ardanın sözləri sitat gətirilib:

“Komandada sözün əsl mənasında rəqabət yoxdur. Əminliklə deyə bilərəm ki, bütün oyunçular vacibdir və hər kəs komandaya qayıtdıqda çox sevinirəm. Rəqibi nəzərə alaraq, müxtəlif taktiki qərarlara əl atırıq. Rəqibin oyun tərzi müəyyən bir mövqe üçün oyunçuların seçilməsinə təsir göstərə bilər “, – deyə Turan vurğulayıb.

Türkiyəli məşqçi bütün oyunçuların onun üçün vacib olduğunu qeyd edib və tunisli müdafiəçinin zədəsinə gəlincə, bildirib ki, zədənin ağırlığını müəyyən etmək üçün sentyabrın 15-də tibbi müayinədən keçəcək.

Mənbə: publika.az