“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi karyerasında ilk dəfə Macarıstanın əsas milli komandasına çağırılıb.
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi 24 yaşlı futbolçunu UEFA Millətlər Liqasının qarşıdakı dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Varkonyi yığmaya ilk dəfə dəvət alan beş yeni oyunçudan biri olub.
Macarıstan seçməsi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 25-də doğma meydanda Ukraynanı qəbul edəcək. Komanda daha sonra səfər matçlarına çıxacaq: sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə yenidən Ukrayna ilə qarşılaşacaq.
Mənbə: publika.az