İbranın “Barselona”dakı davranışı: Qvardiolaya sataşması çox gülməli idi

İbranın “Barselona”dakı davranışı: Qvardiolaya sataşması çox gülməli idi

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Aleksandr Qleb Zlatan İbrahimoviçin Xosep Qvardiolanın rəhbərliyi altında Kataloniya klubunda necə davrandığını xatırlayıb.

Qleb bu haqda “FONtour”un yeni bölümündə danışıb.

Belaruslunun sözlərinə görə, isveçli ehtiyat oyunçular skamyasında oturmağa öyrəşməyib və baş məşqçidən narazılığını bildirib.

“O, çox oynamırdı və təbii ki, əsəbi idi. İbranın eqosu ilə o, özünü ən azı Messiyə bərabər, bəlkə də daha güclü hiss edirdi.

Onun Qvardiolaya sataşması həqiqətən də gülməli idi. Səhər yeməyindən gəlirik, Qvardiola isə ofisindən çıxırdı. İbra mərkəzə gedir – əsl maşın kimidir, gəzir və ona baxır. Pep bir qapıdan keçmək istəyir – bağlıdır, ikinciyə yaxınlaşır – bağlıdır, sonra bir keçid tapıb sıçrayır… Və İbraya heç nə demədən… O, tamamilə inanılmazdır”, – Qleb deyib.

Mənbə: publika.az