Ronaldo bu halda millidə oynamayacaq

Ronaldo bu halda millidə oynamayacaq

Portuqaliya millisinin baş məşqçisi Xorxe Jesus “Əl-Nəsr”in 41 yaşlı hücumçusu Kriştiano Ronaldonun Millətlər Liqasının qrup mərhələsi oyunları üçün milli komandaya çağırılması qərarına münasibət bildirib.

İnsayder Fabritsio Romano “X” sosial media səhifəsində Jesusun sözlərini sitat gətirib:

“Əsas məsələ onun performansıdır. Keçmişin əhəmiyyəti yoxdur. Kriştiano hamı kimi futbolçudur. Yaxşı oynasa, oynayacaq, yoxsa oynamayaca.

Bəli, onun fərqli statusu var, o, beş “Qızıl top” mükafatı qazanıb, amma bu, mənim qərarlarıma təsir edirmi? Xeyr”.

Sentyabr-oktyabr aylarında Portuqaliya millisi Uels, Norveç (iki dəfə) və Danimarka ilə oynayacaq.

Mənbə: publika.az