İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının yeni formatı ilə bağlı şərh verib.
Daha əvvəl UEFA-nın dörd divizionun üçə endirilməsi və hazırkı yarışın keçid mərhələsinə çevrilməsi ilə bağlı dəyişiklikləri təsdiqlədiyi bildirilmişdi.
AS de la Fuentenin sözlərini sitat gətirib:
“Bu formatı bəyənmirəm. Əvvəlki formatı üstün tuturam. Qarşıda çox yüklü dörd oyunumuz var. Bəzi hallarda uzun səfərlərimiz olacaq. Daha çox istirahət etməyə imkan verən və oyunçuların sağlamlığına daha çox diqqət yetirən əvvəlki formatı üstün tuturam”, – deyə o bildirib.
Millətlər Liqası İspaniya üçün 26 sentyabrda İngiltərə ilə oyunla başlayacaq.
Mənbə: publika.az