London nəhəngi İkradinin transferindən imtina etdi

London nəhəngi İkradinin transferindən imtina etdi

Londonun "Tottenhem" klubu hazırda azad agent olan "İnter", PSJ və "Qalatasaray"ın keçmiş hücumçusu Mauro İkardi ilə müqavilə imzalamaqdan imtina edib.

Bu barədə "Football Insider" məlumat yayıb.

Daha əvvəl mediada "Tottenhem"in 33 yaşlı futbolçu ilə maraqlandığı barədə məlumatlar yayılmışdı. Lakin klub hazırda onu gücləndirmə üçün əlverişli variant kimi nəzərdən keçirmir. Digər vacib amil isə "Tottenhem"in argentinalı oyunçunu yanvar ayına qədər Premyer Liqa oyunlarına qeydiyyatdan keçirə bilməyəcəyidir , çünki klub artıq 25 oyunçudan ibarət yekun siyahını təqdim edib.

İkardinin karyerası üçün ən çox ehtimal olunan yer İtaliya A Seriyasıdır. “Latsio” və bir neçə başqa klub argentinalı oyunçu ilə maraqlanır.

İkardi 2025/26 mövsümündə "Qalatasaray"ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Publika.az

Mənbə: publika.az