Türkiyənin Bayburt yaşayış məskənində kəndlərarası futbol turniri çərçivəsində keçirilən oyunda hakim meydançanın ortasında vəhşicəsinə döyülüb.
Bu barədə görüntülər Türkiyə mətbuatında yer alıb.
Belə ki, matç bitdikdən sonra meydançada yaranan qarışıqlıq zamanı hakim arxadan qaçaraq gələn oyunçunun müdaxiləsi ilə tarazlığını itirərək yerə yıxılıb və aqressiv oyunçuların hədəfinə çevrilib.
Oyunçular yerdə uzanmış hakimi amansızcasına təpikləyərkən, tamaşaçılar və meydançadakı digər şəxslər vəziyyətə müdaxilə etməyə çalışıb.
Hücum anı yaxınlıqdakı azarkeşlərin mobil telefonları ilə anbaan lentə alınıb və görüntülərin sürətlə yayılması geniş narazılığa səbəb olub. Meydançada bu şiddəti törədən oyunçuların ən ağır cəza alması tələb olunur.
Mənbə: bizim.media