İtaliya klubunda yeni baş məşqçi

İtaliya klubunda yeni baş məşqçi

Alberto Cilardino “Parma”nın baş məşqçisi təyin olunub.

Bu barədə klub məlumat yayıb.

44 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Sözləşmədə müqavilənin daha 2 mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.

Qeyd edək ki, Cilardino 2002-2005-ci illərdə futbolçu kimi “Parma”nın formasını geyinib. O, bu komandada 116 oyun keçirib və 56 qol vurub. Daha sonra “Milan”a transfer olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Karlos Kuesta “Parma”nın baş məşqçisi vəzifəsindən ayrılıb. Komanda hazırda A Seriyasının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.


Mənbə: unikal.az