Jurnala bir “5” yazıldı...

Jurnala bir “5” yazıldı...

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin üzvü Əhməd Yusifov Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının qalibi olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd cüdo üzrə 5-ci dünya çempionumuz kimi adını tarixə yazdırıb.

İndiyədək isə Nazim Hüseynov (1993), Elxan Məmmədov (2013), Hidayət Heydərov və Zelim Kotsoyev 2024 bu uğura imza atmışdılar.

Mənbə: qafqazinfo.az