"İnter" alman müdafiəçi üçün danışıqlara start verdi

"İnter" alman müdafiəçi üçün danışıqlara start verdi

"İnter" transfer çalışmalarını davam etdirir.

"Nerazzura" "Ştuttqart" və Almaniya millisinin mərkəz müdafiəçisi Finn Yeltşlə maraqlanır.

Hazırda klublar arasında danışıqlar gedir. Avropa klublarının da transfer siyahısında yer alan 20 yaşlı müdafiəçinin hansı seçimi edəcəyi hələ ki dəqiq deyil.

Amma indiki məqamda onu israrla istəyən əsas klub “İnter”dir. Yeltşin “Ştuttqart”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, 2025-ci ildə “Nürnberq”dən hazırkı komandasına keçib.

Mənbə: az.trend.az