Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Türkiyənin "Beşiktaş" futbol klubunun növbədənkənar seçki qurultayında hazırkı prezident Serdal Adalı 3 815 etibarlı səs toplayaraq yenidən bu vəzifəyə seçilib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, İstanbulun Sinan Erdem İdman Salonunda keçirilən qurultayda prezidentliyə yalnız Serdal Adalı namizəd olub.

Ümumilikdə 3 910 səsin verildiyi seçkidə Adalı 3 815 səs toplayıb. Bülletenlərdən 37-si etibarsız sayılıb, 58 səs isə boş olub.

Serdal Adalı və yeni idarə heyəti 2028-ci ilin may ayınadək vəzifədə olacaq.

Bizim.Media

Mənbə: bizim.media