Həyatdan zövq al, qardaş – Ronaldinyo Messiyə müraciət etdi

Həyatdan zövq al, qardaş –

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo Lionel Messinin Argentina millisində son oyununu keçirməsinə reaksiya verib.

Ronaldinyo “İnstaqram”da yazıb:

“İlk gündən hekayənizin bir parçası olmaq necə də xoş, necə də sevincli idi, qardaş! Bizi gülümsəməyə və futboldan zövq almağa vadar etdin! Adın ölkənizin və bütün dünyanın tarixinə yazılıb…

Uşaqlıq arzularımızı gerçəkləşdirəndə – ölkəmizi təmsil edib dünya çempionu olanda hiss etdiyimiz sevinci yalnız biz bilirik! Komandanız və ölkəniz üçün hər şeyinizi verdiniz…

Səni mükəmməl başa düşürəm və bilirəm ki, ailə ilə bağlı hər şey səni yenidən düşünməyə vadar edir… Həyatdan zövq al, qardaş. Sənə bu gün və həmişə ən yaxşısını arzulayıram”.

Messi Argentina millisində 208 oyunda 126 qol vurub. O. Argentina milli komandası ilə Dünya Kubokunu, iki dəfə Amerika Kubokunu qazanıb.

Mənbə: publika.az