Həmzət ona 1 milyon təklif etdi: Mənə yeri de

Həmzət ona 1 milyon təklif etdi: Mənə yeri de

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən çeçen döyüşçüsü, orta çəkidə UFC titulunun keçmiş sahibi Həmzət Çimayev 84 kq-da çəki çempion, amerikalı Şon Striklendə revanş döyüşünü qəbul edəcəyi təqdirdə 1 milyon dollar təklif edib.

Publika.az xəbər verir ki, Çimayev sosial media səhifəsində yazıb: “Striklend, sənə 1 milyon dollar ödəyəcəyəm. Mənə yeri de və döyüşək. Qəfəsdə olub-olmamağının fərqi yoxdur”.

UFC 328-in əsas döyüşündə Həmzət Şon Striklendlə səkkizbucaqlını bölüşmüşdü. Bu, Çimayevin ilk titul müdafiəsi idi. Döyüş beş raund davam etdi və amerikalı hakimlərin qərarı ilə qələbə qazandı.

Mənbə: publika.az