Həmzət ona 1 milyon təklif etdi: Yeri de

Həmzət ona 1 milyon təklif etdi:   Yeri de

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən çeçen döyüşçüsü, orta çəkidə UFC titulunun keçmiş sahibi Həmzət Çimayev 84 kq-da çəki çempion, amerikalı Şon Striklendə revanş döyüşünü qəbul edəcəyi təqdirdə 1 milyon dollar təklif edib.

Çimayev sosial media səhifəsində yazıb:

“Striklend, sənə 1 milyon dollar ödəyəcəyəm. Mənə yeri de və döyüşək. Qəfəsdə olub-olmamağının fərqi yoxdur”.
UFC 328-in əsas döyüşündə Həmzət Şon Striklendlə səkkizbucaqlını bölüşmüşdü. Bu, Çimayevin ilk titul müdafiəsi idi. Döyüş beş raund davam etdi və amerikalı hakimlərin qərarı ilə qələbə qazandı.

Mənbə: www.bakupost.az