“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya Futbol Federasiyasının milli komandadan icazəsiz ayrıldığına görə onu cəzalandırmasından sonra sosial mediada paylaşım edib.
Ronaldo bir neçə foto paylaşıb və “Çox çalışıram” şərhini yazıb.
Ronaldo 30 gün müddətinə milli komanda oyunlarında iştirak etməkdən məhrum edilib və 255 avro cərimə olunub.
Sentyabrın 30-da Ronaldo Millətlər Liqasının Danimarka ilə oyunu ərəfəsində milli komandanın düşərgəsini icazəsiz tərk edib.

Mənbə: publika.az