Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək

Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” FK-nın növbəti qarşılaşması ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.

Stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək.

Qeyd olunub ki, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Həmçinin Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

Mənbə: qafqazinfo.az