"Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı

"Leççe" "Yuventus"a uduzdu - Müdafiəçisi qırmızı vərəqə aldı

2026/2027 mövsümü İtaliya A Seriyasının VIII turu çərçivəsində "Leççe" və "Yuventus" komandaları arasında keçirilən oyun başa çatıb.

Bizim.Media xəbər verir ki, qarşılaşma Leççe şəhərindəki "Ettore Cardiniero - Via del Mare" stadionunda baş tutub.

Neapoldan olan baş hakim Fabio Mareskanın idarə etdiyi görüşdə qonaqlar 0:2 hesabı ilə qələbə qazanıblar.

Matçın 29-cu dəqiqəsində "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. 41-ci dəqiqədə isə yarımmüdafiəçi Duqlas Luis Turin təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.


Görüşün 90+4-cü dəqiqəsində "Leççe"nin müdafiəçisi Kialonda Qaspar ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

"Yuventus" 14 xalla A Seriyasının turnir cədvəlində yeddinci yerdə qərarlaşıb. Komanda liderlər "İnter" və "Latsio"dan səkkiz xal geri qalır. "Leççe" isə doqquz xalla 12-ci pillədədir.

Bizim.Media

Mənbə: bizim.media