Türkiyənin "Qaziantep" klubunun baş məşqçisi Selçuk İnan istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin öz istəyi ilə müqaviləsinin ləğv olunduğu bildirilib.
Qeyd edək ki, Selçuk İnan ötən ilin mart ayında "Qaziantep"in baş məşqçisi təyin olunmuşdu.
Komanda hazırda Superliqada 35 turdan sonra 42 xalla 12-ci pillədə qərarlaşıb.
Bizim.Media
Mənbə: bizim.media